Şahbuzda qaz kəsiləcək 

20:25 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.

Hafta.az xəbər verir ki, hadisə ilə əlaqədar bu gün saat 17:15-dən etibarən rayonun Badamlı və Şada kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb.

Hazırda ərazidə təmir-bərpa işləri həyata keçirilir.